BAKI, 24 aprel — Sputnik. Türkiyədə "İYİ" Partiyanın İdarə Heyəti prezidentliyə namizədini müəyyənləşdirib.
Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, "İYİ" Partiyanın İdarə Heyəti iyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident seçkilərində Meral Akşenerin namizədliyini irəli sürüb.
Meral Akşenerin namizədliyi təsdiq olunub və qərar yekdilliklə qəbul edilib.