BAKI, 24 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, aprelin 23-də Bakı-Ələt yolunun 34-cü kilometrində yolun əksi istiqamətinə çıxaraq axına qarşı hərəkət edən 90-SO-003 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü qaydaları pozub, dələduzluq edərkən kameralara düşüb.
Sputnik Azərbaycan baku.ws-ə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bununla bağlı ona məruzə olunduğunu bildirib: "Mən də aidiyyatı üzrə raport yazıb, məlumat vermişəm. Bu gün səhər sosial şəbəkələrdə yayılıb bu video. Hal-hazırda həmin maşın və şəxs axtarışdadır. Bunlar hansı cəza maddəsi ilə cəzalandırılacaqlar hələ bilinmir. Çünki digər sürücü də dəvət olunmalıdır. Bu sürücü digərinin üstünə gələrkən o biri sürüb getməyə çalışır. Bilmək lazımdır ki, burda niyə belə hərəkət ediblər, mövzunun kökü nədir".