Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Ələt yolunda "qoçular" meydana çıxıb

© Sputnik / Anar MustafayevBakı-Ələt yolu
Bakı-Ələt yolu - Sputnik Azərbaycan
Abunə olmaq
akı-Ələt yolunda qayda pozuntusu baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda sosial şəbəkələrdə video paylaşılıb.

BAKI, 24 aprel — Sputnik. Bakı-Ələt yolunda qayda pozuntusu baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda sosial şəbəkələrdə video paylaşılıb.

Belə ki, Bakı-Ələt yolunda bir avtomobil digər avtomobil üçün təhlükəli vəziyyət yaradıb. Bu zaman təhlükəyə məruz qalan sürücü vəziyyətdən çıxaraq yoluna davam etməyə başlayıb. Amma hadisə bununla bitməyib.

Qayda pozan "90-SO-003" dövlət seriya nömrəli BMW markalı avtomobilin sürücüsü həmin maşını təqib edib və sürücüdən avtomobili saxlamasını istəyib. BMW markalı avtomobildən düşən sərnişin digər avtomobilin sürücüsünə hücum edib.

Hücuma məruz qalan sürücü həmin anda avtomobili işə salaraq hadisə yerindən uzaqlaşıb. Amma BMW markalı avtomobildən düşən şəxs maşına təpik vurmağı bacarıb. Bununla da sakitləşməyən BMW-dəki şəxslər digər avtomobili təqib etməyə davam ediblər. Bunu görən zərərçəkən şəxs Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə məlumat verib.

Xəbər lenti
0