BAKI, 24 aprel — Sputnik. Fransa Respublikasının prezidenti Emmanuel Makron, İspaniyanın baş naziri Mariano Rahoy Brey və Çex Respublikasının prezidenti Miloş Zeman Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.
Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, liderlər İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə təbrik edib, Azərbaycanın və onun xalqının rifahı naminə fəaliyyətində uğurlar arzulayıblar.