BAKI, 23 aprel — Sputnik. İran Mərkəzi Bankı bankların bitkoin və digər rəqəmsal valyutalardan istifadəsinə qadağa qoyub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə İran Mərkəzi bankının saytında məlumat verilib.
"Ölkənin pul mərkəzlərində, maliyyə qurumlarında bitkoin və digər rəqəmsal valyutaların istifadəsi qadağandır" – məlumatda qeyd edilir.
Qərar 2017-ci ilin sonlarında qəbul edilsə də, dünən axşam saatlarında nəşr olunub və kriptovalyutaların "pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üçün" istifadə oluna biləcəyi ilə əlaqələndirilib.