Ermənistanda istefalar davam edir

© Sputnik / Asatur YesayantsErmənistan hökümətinin iclası
Ermənistan hökümətinin iclası - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Ermənistanın baş naziri Serj Sarqsyan etiraz dalğasının fonunda istefa verib

BAKI, 23 aprel — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib. Bu barədə Sputnik Ermənistan məlumat verir.

Bu gün Ermənistanın baş naziri Serj Sarqsyan etiraz dalğasının fonunda istefa verib.

Hökumət üzvləri isə istefa vermələrinə baxmayaraq yeni hökumət formalaşanadək vəzifələrini icra edəcəklər. Hökumət yeni baş nazirin təyinatından sonrakı 15 gün ərzində formalaşdırılır.

Hazırda baş nazirin səlahiyyətlərini baş nazirin birinci müavini Karen Karapetyan icra edir. 

Xəbər lenti
0