Sahib Məmmədov: “Bu il qaydalarda yeniliklər olub”
Qeyri-Hökumət Təşkilatlarına qrantların verilməsi qaydalarında yeniliklər var.
Sputnik Azərbaycan-a açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov bildirib ki, əsas diqqət maarifləndirməyə yönəlib:
“Bu il qaydalarda yeniliklər olub. Ölkədə maliyyə-uçot sisteminin təkmilləşdirilməsi prosesi gedir. Bu sahədə bəzi anlaşılmazlıqlar olduğuna görə bu sessiya təşkil olunub. Şuranın vəzifəsi yalnız maliyyə yardımları vermək deyil. Onun digər vəzifələrinə metodiki yardımların göstərilməsi, seminarların təşkili, kosultativ köməliklər edilməsi daxildir. Bu sessiyada ona görə keçirildi ki, iş prosesində QHT-lər üçün hər hansı anlaşılmazlıq olmasın”.
Sahib Məmmədov geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz