BAKI, 22 aprel — Sputnik. Abşeron rayonunun Saray qəsəbəsindəki mənzillərdən birində kişi meyiti aşkar edilib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, təqribən 40 yaşında olan kişinin meyiti evin zirzəmisində tapılıb.
Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir. Meyit müayinə olunması üçün morqa göndərilib. Müəyyən edilib ki, bu, əslən Siyəzən rayonundan olan Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Camalov Cavid Əzizağa oğludur.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Sputnik Azərbaycan FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1929-cu il təvəllüdlü Qədirliyeva Züleyxa Yusifovna qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.