BAKI, 22 aprel — Sputnik. Bakı metropoliteninin "28 May" stansiyasında faciə baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, naməlum qadın özünü hərəkətdə olan qatarın altına atıb.
Hadisə bu gün saat 12:42-də baş verib. Özünü qatarın altına atan şəxs ölüb. Qatarın təkərinin qadının başını bədənindən ayırdığı bildirilir. Olayla bağlı metro qatarlarının intervalında gecikmələr yaranıb.
İntihar edən qadının 30-35 yaşı olduğu bildirilir. Hazırda intihar edn şəxsin kimliyi araşdırılır.