BAKI, 21 aprel — Sputnik. Dəməşqdə Çeçenistanın "Qroznıy" telekanalının ştatdankənar əməkdaşı İhab Balan öldürülüb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramazan Kadırov sosial şəbəkələrdə məlumat paylaşıb. O, telekanal rəhbərliyinə və işçilərinə, eyni zamanda jurnalistin yaxınlarına başsağlığı verib: "Kədərli xəbər cümə günü gəldi. "Qroznıy" telekanalının əməkdaşı Suriyada öldürülüb. "Şeytan" dövlətin terrorçuları yenə də öz iç üzlərini göstəriblər. Ən dinc peşənin gənc işçisi öldürülüb".
Çeçenistan rəhbəri onu da əlavə edib ki, Balanın ailəsinə maliyyə yardımı və dəstək ediləcək.