BAKI, 21 aprel — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Novruz Məmmədovun Azərbaycanın baş naziri təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.