BAKI, 21 apr-Sputnik. Azərbaycan Milli Məclisinin növbədənkənar plenar iclası başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, plenar iclasda Azərbaycan baş naziri postuna namizədlik məsələsinə baxılır. Spiker Oqtay Əsədov Prezident İlham Əliyevin bu vəzifəyə Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun namizədliyini irəli sürdüyünü bildirib.