Ermənistanda gərginlik: Kütləvi terror aktları planlaşdırılıb?

© Official site of the SNVСНБ Армении. Архивное фото
СНБ Армении. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Təhlükəsizlik Xidməti bildirib ki, adları çəkilən şəxslər partlayışlar həyata keçirməklə Ermənistanda ümumi qorxu atmosferini saxlamaq və hakimiyyət orqanlarına təzyiq göstərmək istəyiblər

BAKI, 21 aprel — Sputnik. Ermənistan Təhlükəsizlik Xidməti ölkədə terror aktlarının qarşısının alındığı barədə məlumat yayıb. Sputnik Ermənistan xəbər verir ki, terror aktı hazırlamaqda şübhəli bilinən 6 nəfər tutulub.

Təhlükəsizlik Xidmətinin məlumatına görə, Ermənistan vətəndaşları Q. B. və Ş. M. ictimai yerlərdə partlayışlar həyata keçirməyi planlaşdırırlarmış. Onların Jirayr Sefilyanın (həbsdə olan müxalifətçi) hərbi qruplaşması və “Sasna tsrer”lə (2016-cı ildə Yerevanda post-patrul xidmətini tutan qruplaşma) əlaqədə olduqları bildirilir. İddiaya görə, partlayışlar Azadlıq meydanında, “Dalma Qarden Mol” Ticarət Mərkəzində, körpülərin altında və digər obyektlərdə həyata keçirilməliymiş. Ümumilikdə 100-150 əldəqayırma partlayıcı qurğunun işə salınması planlaşdırılırmış.

Təhlükəsizlik Xidməti bildirib ki, adları çəkilən şəxslər partlayışlar həyata keçirməklə Ermənistanda ümumi qorxu atmosferini saxlamaq və hakimiyyət orqanlarına təzyiq göstərmək istəyiblər: “Terror aktlarının hədəfi hüquq mühafizə orqanları əməkdaşları və vəzifəli şəxslər olmalıymış”.

Adları çəkilən şəxslərdən əlavə daha 4 nəfər tutulub.

Xəbər lenti
0