Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert ərəb turistlərin Azərbaycana marağının səbəblərini açıqladı

© Sputnik / Murad OrujovDövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və Həyat Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, müstəqilllik dövründə turizm üçün qəbul edilmiş proqramlar turistlərin marağını cəlb edə bilib

Azər Allahverənov: “Sovetlər dönəmindəki məhdudiyyətlər müsəlman turistlərin marağını azaltmışdı”
“İsam ölkələrindən olan turistlərin Azərbaycana marağı başa düşüləndir”. Bunu müsəlman ölkələrindən olan turistlərin Azərbaycana olan marağını Sputnik Azərbaycan-a şərh edərkən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib. 

O bildirib ki, əvvəlki illərdə müsəlman turistlər daha çox Amerika və Avropa ölkələrinə üz tuturdular:

“Sovetlər dönəmində müəyyən məhdudiyyətlərin olması onların bura marağını azaltmışdı. Ancaq indi müstəqillik dövründə turizm üçün qəbul edilmiş proqramlar turistlərin marağını cəlb edə bilib. Qəbul edilən proqramlarda da hədəf kütləsi kimi Ərəb ölkələrindən olan turistlər seçilmişdi. Azərbaycan ərəb turistləri üçün yeni ölkədir və onların bura maraqları böyükdür”.

Azərbaycan İslam turizminin ən populyar istiqamətlərinin 2018-ci ilin "Global Muslim Travel Index" reytinqində 130 ölkə arasında 10-cu yer tutub.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0