BAKI, 21 aprel — Sputnik. Dağıstanda keçirilən antiterror əməliyyatları zamanı 9 yaraqlı zərərsizləşdirilib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.
Məlumata əsasən, yaraqlılar Dərbənddə 1 May bayramı zamanı terror aktı keçirməyi planlaşdırıblar.
Sakinlər arasında yaralanan və zərərçəkən, şəxsi heyət arasına itki yoxdur. Xüsusi xidmət orqanlarının bir əməkdaşı yüngül yaralanıb.