Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydaları ilə bağlı fənnin məktəb proqramına daxil edilməsi təklif edib. Yol polisinin iştirakı ilə müxtəlif yaşlarda olan uşaqlar üçün yollarda davranış qaydalarının öyrədilməsinə dair bir neçə dərs vəsaiti hazırlanıb. Bu dərs vəsaitləri AR Təhsil Nazirliyinə təqdim edilib.
Buna səbəb son illərdə təkcə Bakıda piyadaların iştirakı ilə xeyli sayda yol qəzasının baş verməsidir. Əgər 2016-cı ildə piyadaların vurulması ilə baş verən qəzalar 62% təşkil edirdisə, 2017-ci ildə bu qəzalar 69% olub. 2018-ci ilin əvvəlindən indiyə qədər isə bu göstərici 65%-dir.