Terror təşkilatı hər kəsdən üzr istədi

Abunə olmaq
İspaniya höküməti bildirib ki, ETA mübarizə etdiyi illər ərzində hədəflərinə çata bilməyib

BAKI, 20 aprel — Sputnik. İspaniyanın Bask bölgəsinin müstəqilliyi üçün illərlə silahlı mübarizə aparan ETA terror təşkilatı üzr istəyib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, təşkilat "döyüşlərdə birbaşa rolu olmayan" insanları öldürdüyünə görə bağışlanmasını istəyib. "İki Bask" adlı qəzetdə verilən açıqlamada təşkilat "uzun sürən silahlı mübarizəmiz boyunca geri qaytarılması mümkün olmayan çox acıya və zərərə səbəb olduğumuzun fərqindəyik. Ölənlər, yaralananlar və ETA-nın əməlləri üzündən itkiyə uğrayanları hörmətlə anırıq. Bask bölgəsində baş verən kədərdə olan payımıza görə üzr istəyirik" – deyə üzr istəyib.

ETA təşkilatı 40 illik mübarizədə 800-ə yaxın insanı öldürüb və mindən çox insanı yaralayıb. ETA-nın may ayının əvvəlindən özünü ləğv edəcəyi gözlənilir. İspaniya höküməti bildirib ki, ETA mübarizə etdiyi illər ərzində hədəflərinə çata bilməyib.

Xəbər lenti
0