BAKI, 20 aprel — Sputnik. ABŞ-ın Alabama ştatında 83 yaşlı cinayətkar edam edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, cinayətkar Uolter Mudi 1989-cu ildə hakimi və hüquq müdafiəçisini öldürdüyünə görə həbs edilib.
İstintaq sübut edib ki, cinayətkar həmin şəxslərə poçt vasitəsilə bomba göndərib. Ancaq cinayətkar sona qədər bu ittihamı təkzib edib.
© Photo : Alabama Department of Corrections/Handout via REUTERSCinayətkar Uolter Mudi
Cinayətkar Uolter Mudi
© Photo : Alabama Department of Corrections/Handout via REUTERS
Martın 21-də Uolter Mudinin barəsində damarına iynə ilə azot yeritməklə edam qərarı verilib. Dünən qərar icra olunub.
Qeyd edək ki, Uolter Mudidən öncə 2005–ci ildə Missisipi ştatında 77 yaşlı cinayətkar edam edilmişdi.