Bəşər Əsəd Fransanın mükafatını geri qaytardı

© REUTERS / Aziz TaherSuriya prezidenti Bəşər Əsədin portreti
Suriya prezidenti Bəşər Əsədin portreti - Sputnik Azərbaycan
Abunə olmaq
Əsəd "ABŞ-ın köləsi olan bir ölkənin şərəf nişanını özündə saxlaya bilməyəcəyini" deyib

BAKI, 20 aprel — Sputnik. ABŞ, Fransa və Böyük Britaniyanın Suriyaya hücumundan sonra prezident Bəşər Əsəd, Fransanın geri almaqla hədələdiyi Fəxri Legion Ordenini (Legion d'honneur) öz istəyi ilə geri qaytarıb. Əsəd "ABŞ-ın köləsi olan bir ölkənin şərəf nişanını özündə saxlaya bilməyəcəyini" deyib.

Sputnik Türkiyə-nin məlumatına görə, Suriyanın Xarici İşlər Nazirliyi prezident Bəşər Əsədin 2001-ci ildə o dövrkü Fransa prezidenti Jak Şirak (Jacques Chirac) tərəfindən ona verilmiş Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatını geri qaytardığını bildirib.

XİN öz açıqlamasında böyük xaç formasında olan Fəxri Legion Ordenini Suriyada Qərb ölkələrini təmsil edən Rumıniya səfirliyi vasitəsilə geri qaytardığını bəyan edib. 

Флаг НАТО, фото из архива - Sputnik Azərbaycan
NATO Suriya əməliyyatı barədə yekun qərarını verdi

Nazirlik bu qərarın aprelin 14-də Fransanın Suriya hökümətinə aid hədəflərə edilən hücuma qatıldığı üçün qəbul edildiyini, ABŞ-ın əmrlərini yerinə yetirən bir ölkənin nişanını saxlamağın Suriyanı şərəfləndirmədiyini ifadə edib.

"Terrorçuları dəstəkləyən ABŞ-ın təqlidçisi və köləsi olan ölkəyə aid nişanı taxmaq prezident Əsəd üçün şərəf deyil" — deyə nazirliyin açıqlamasında bildirilir.

Çinin Sinxua İnformasiya Agentliyinin məlumatına görə, Əsədin xarici siyasət ofisindən verilən açıqlamada deyilir: "Kolonializm və köləlik dövrü başa çatıb. 7 ildir terrorçuluqla mübarizə aparan Suriya ordusu tərəfindən dəstəklənən suriyalılar, arzuolunmaz siyasətlə terrorizə edilə bilməyəcək".

Həftənin əvvəlində Fransa prezidenti Emmanuel Makron, Bəşər Əsədə verilən Fəxri Legion Ordeni ilə bağlı protokol işlərinin başlanmasını tapşırıb.

Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı olan Fəxri Legion Orden 1802-ci ildə Napolyon Bonapart tərəfindən təsis edilib. Bu orden hər il təqribən 3000 nəfərə təqdim edilir.

Xəbər lenti
0