BAKI, 20 aprel — Sputnik. ABŞ Dövlət Departamenti Türkiyədə növbədənkənar seçkilərin keçirilməsinə münasibət bildirib. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert "Türkiyədə fövqəladə vəziyyət rejimində azad, şəffaf və ədalətli seçkilər keçiriləcəyindən narahatıq" açıqlamasını verib.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Ölkədə növbədənkənar seçkilərin keçirilməsinə dair təkliflə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı çıxış edib. Prezident Ərdoğan da təklifi dəstəkləyib.