BAKI, 20 aprel — Sputnik. Dünyanın ən tanınmış qruplarından olan ABBA qrupu yenidən bir araya gələcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, səhnəyə ABBA qrupunun üzvləri bir yerdə çıxmayacaqlar. Onların əvəzinə avatarları səhnədə yer alacaq.
Bu haqda qrupun üzvü Born Ulvis məlumat verib. O bildirib ki, avatarların üzləri qrup üzvlərinin sifətinə oxşadılıb və ifa etdikləri musiqilər onların başlarında bazaya əlavə edilib. Hazırda bu avatarlar üzərində iş davam edir. Bu avatarlar 1979-cu il ABBA qrupuna oxşayacaqlar. Ulvis də bu layihədə iştirak edir.
Hər kəsə məlumdur ki, ABBA qrupu məhz 70-ci illərdə daha çox məşhurluq əldə edib.
Qeyd edək ki, ABBA qrupu 1972-ci ildə Borno Ulvis, Benni Anderson, Aqnet Felt və Anni-Frid Linqstad tərəfindən yaradılıb. Bu günə kimi dünyada qrupun 400 milyondan çox diski satılıb. 10 il ərzində qrup 8 disk çıxarıblar.