SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"The Guardian" qəzetindən Ərdoğana sərt sözlər

© Photo : Murat Cetinmuhurdar / Presidential Palace / Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın növbədənkənar seçki qərarını Britaniyanın "The Guardian" qəzeti "həzm edə" bilməyib

BAKI, 19 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın növbədənkənar seçki qərarı Türkiyəni yaxından təqib edən beynəlxalq mətbuatı da bir anda hərəkətə gətirib. 

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, "The Guardian" qəzetinin köşə yazarı Simon Tisdal Ərdoğanın bu qərarla seçilmiş diktatorlar klubundakı yerini təmin edəcəyini yazıb. Köşə yazarı Ərdoğanın demokratik seçkilərin gətirdiyi nüfuzu istədiyini, ancaq itirmə riskini istəmədiyini yazıb.

Qəzetin yazarı bildirib ki, Ərdoğanın növbədənkənar seçkilərdə məğlub olması mümkündür, amma bu, son dərəcə aşağı bir ehtimaldır. AKP 2015-ci ildə TBMM-də yerlərin əksəriyyətini qazanıb və bu dəfə MHP-nin də dəstəyini alırlar.

Simon Tisdal yazının sonunda qeyd edib ki, Ərdoğan seçkini qazanarsa, adı qoyulmamış bir diktator olacaq və bəlkə də müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkdən daha güclü olacaq.

Xəbər lenti
0