BAKI, 19 aprel — Sputnik. Yer kürəsi daha bir böyük təhlükədən sovuşub.
Sputnik Türkiyə xəbər verir ki, böyüklüyü 48 — 110 metr aralığında olan “2018 GE3” adlı göy cismi Yer kürəsinin 192 min kilometr yaxınlığından keçib. Bu məsafə Yer kürəsi ilə Ay arasında məsafədən iki dəfə daha yaxındır.
— Andrew Rader (@marsrader) April 16, 2018
“2018 GE3” adlı asteroidin 2013-cü ilin fevral ayında Rusiyanın Çelyabinsk şəhərinə düşən meteoritdən bir neçə dəfə böyük olduğu və 1908-ci ildə Yer kürəsinə düşən Tunqus meteoriti ilə müqayisə edilə biləcəyi qeyd edilir.
Qeyd edək ki, mütəxəssislər göy cisminin Yerə yaxınlaşmaya 21 saat qalmış kəşf ediblər.