Paytaxt sürücülərinin diqqətinə!

© Sputnik / Murad OrujovЖенщина за рулем автомобиля
Женщина за рулем автомобиля - Sputnik Azərbaycan
Abunə olmaq
Təmir işləri ilə bağlı bu yol bağlanacaq

BAKI, 19 aprel — Sputnik. Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə paytaxtın Nərimanov rayonunun Həsənoğlu və Fətəli xan Xoyski küçələrində, üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün adı çəkilən ünvanlarda saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

Rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılması - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rayon qeydiyyatlı avtomobillər Bakıya buraxılmayacaq - Tarix açıqlandı

Sputnik Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AYDA) istinadən xəbər verir ki, məhdudiyyət sabah səhər saatlarına qədər qüvvədə olacaq.

Paytaxtda yol infrastrukturunun yenidən qurulması ilə bağlı olaraq aparılan təmir-tikinti işləri çərçivəsində aprelin 20-də gecə saatlarından isə Heydər Əliyev prospektinin "Sabunçu yol qovşağı"ndan "Böyük Şor yol qovşağı"na qədər (mərkəz istiqaməti) olan hissəsində hərəkət qısa müddətlik qismən məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə alternativ yollardan istifadə etmələrinə üstünlük vermələri tövsiyə olunur və sözügedən ünvanlarda hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Xəbər lenti
0