Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanda avtomobil sənayesi: Valyuta axınının qarşısını necə almalı?

© Photo : İqtisadiyyat nazirliyinin mətbuat xidmətiXəzər avtomobillərinin istehsalı
Xəzər avtomobillərinin istehsalı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycandan valyuta axınının qarşısını almaq üçün milli avtomobil sənayesinin inkişafına diqqət ayırmaq lazımdır

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Azərbaycana nəqliyyat vasitələrinin idxalının nəzərəçarpacaq dərəcədə artması iqtisadiyyatın canlanmasının və əhalinin rifahının yüksəlməsinin göstəricisidir. Lakin bu, həm də ölkə valyutasının xaricə axınının əsas istiqamətlərindən biridir. Özü də bu problemi istisnasız olaraq öz imkanlarımız hesabına həll edə bilərik.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ölkənin xarici ticarətin gömrük statistikasına görə, 2018-ci ilin yanvar-mart aylarında Respublika ərazisinə xaricdən 3506 nəqliyyat vasitəsi gətirilib ki, onun da 3158-i minik avtomobilləridir. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 1973 ədəd, yaxud 2,5 dəfə artıqdır.

Avtomobil idxalında izlənən belə kəskin artım, valyutanın xaricə axınının əhəmiyyətli dərədə artmasına gətirib çıxarıb.

Cari ilin birinci rübünün yekunlarına görə, nəqliyyat vasitələrinin idxalına 97,242 milyon dollar sərf edilib. Onların ehtiyat hissələrinin idxalına isə 43,201 milyon dollar xərclənib. Bu, ötən ilin müvafiq dövrü nə müqayisədə 80% çoxdur. Belə ki, ölkənin ümumi idxalında nəqliyyat vasitələri və ehtiyat hissələri idxalının payı 3,57%-dən 4,44%-ə qədər artıb.

Bakıda Azərbaycan-İran biznes forumu keçirilib - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda İranla müştərək avtomobil zavodu açıldı

Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilən, 2018-ci ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş iclasında dövlət strukturlarına avtomobil alarkən Azərbaycan istehsalına üstünlük vermək tövsiyə olunub.

Söhbət ilk növbədə martın 29-da Neftçala sənaye məhəlləsində açılmış "Xəzər" (Khazar) avtomobil zavodunun istehsal etdiyi avtomobillərdən gedir. "Xəzər" zavodunun il ərzində 10 min ədədə qədər avtomobil istehsal etmək gücü var. Bunlardan da 2 mininin ixrac edilməsi nəzərdə tutulur.

Burada ortaya belə bir təbii sual çıxır: niyə vətəndaşlarımız avtomobil alarkən Azərbaycan istehsalı olanı seçməlidirlər? Avtomobil zavodunun təmsilçilərinin dediyinə görə, ölkəmizdə məhz ekonom-klass seqmentindən olan maşınlara tələbat var. Əslində AR Dövlət Statistika Komitəsinin fevralın yekunlarına görə ölkədə orta aylıq gəlirlərin 510 manat təşkil etdiyi barədə məlumatını nəzərə alsaq, bu, təəccüblü deyil. Eyni zamanda, mexaniki sürət qutusu olan avtomobilin anons edilən qiyməti 14 min manatdır. Avtomat sürət qutusu olan maşınlar isə 18-21 min manata başa gəlir. Bahadır, amma…
Xatırladaq ki, bir neçə il əvvəl ölkə rəhbərliyi bütün dövlət məmurlarına məsləhət görmüşdü ki, milli avtomobil olan NAZ Lifan-ı alsınlar. Bir sıra nazirlər KİV-in diqqətini cəlb etmək üçün hətta bu avtomobillərdən aldılar. Lakin sonra nədənsə, bu kampaniya dayandı. Elə o vaxtdan da azərbaycanlı məmurlar yenidən "alman" və "yapon" avtomobillərini minməyə başlayıblar. 

İkinci əl avtomobillər - Sputnik Azərbaycan
HADİSƏ
Bahalı avtomobillərin sahiblərinin canı qurtardı

Odur ki, biz hələ bilmirik, dövlət strukturlarının iri həcmdə sifarişlər verəcəyi ilə bağlı gözləntilərin nə qədər əsası var.

Lakin vəziyyət bir o qədər də ümidsiz deyil və əgər hökumət istəsə, avtomobil istehsalçılarının vəziyyətini yüngülləşdiə bilər: əhalini yerli avtomobilləri satın almağa təşviq edəcək xüsusi proqram üzərində düşünmək mümkündür.

Proqram özündə güzəştli avtomobil kreditlərinin verilməsini və ya avtomobilin istehsal dəyəri çox yüksək olmadıqda, onu alarkən çəkilən xərclərin bir hissəsinin ödənilməsini ehtiva edə bilər. 

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov - Sputnik Azərbaycan
Ekspert Gürcüstanın avtomobil sığortasının Azərbaycana təsirindən danışır

Hətta köhnə maşınların utilləşdirilməsi kampaniyasını həyata keçirməkdən də başlamaq olar ki, köhnə maşınını metalloma verən sürücülər, yeni yerli istehsal olan avtomobilləri çox güzəştli qiymətə ala bilsinlər.

Həş şey mümkündür. Unutmaq lazım deyil ki, avtomobil istehsalı yeni iş yerlərinin açılması və regionların inkişafı baxımından sosial əhəmiyyət daşıyır.

O da var ki, Azərbaycanda nəqliyyat vasitələrinin istehsalı təkcə valyutanın ölkə xaricinə axmasını azaltmağa yönəlməməlidir, eyni zamanda yeni iş yerlərinin açılmasına xidmət etməlidir.

Qeyd edək ki, 2018-ci ilin birinci rübündə ölkəyə 316 yük maşını gətirilib ki, bu da ötən illə müqayisədə 121 ədəd, yaxud 62% çoxdur. Və təsadüfi deyil ki, hazırda Hacıqabul sənaye məhəlləsində aztonnajlı yük avtomobillərinin istehsalı üçün avtozavodun tikintisi variantı üzərində iş gedir.

Azərbaycanda avtomobilqayırma sənayesinin inkişafı əlaqədar sənaye sahələrinin, ilk növbədə də metallurgiya sənayesinin inkişafına təkan verəcək. Söhbət həm də yerli avtomobillərin banlarının hazırlanmasında istifadə ediləcək poladı istehsal edən zavodun yaradılmasından gedir.

Prezident İlham Əliyev - Sputnik Azərbaycan
Prezident İlham Əliyevdən mühüm bəyanat: "Tarixi sənədə imza atdıq"

Ölkədə avtomobilqayırmanı inkişaf etdirərkən unutmaq lazım deyil ki, bu işin uğuru təkcə onu pulla alacaq Azərbaycan vətəndaşlarından birbaşa asılı olmayacaq, həm də milli avtomobilin bütün parametrlərindən — qiyməti, keyfiyyəti, etibarlılığı və satınalma şərtlərinin tələblərə nə dərəcədə cavab verməsindən asılı olacaq.

2017-ci ildə Azərbaycanda nəqliyyat vasitələrinin və onların ehtiyat hissələrinin idxal dəyəri 422,1 milyon dollar təşkil edib.

2017-ci ildə Azərbaycana 11,610, 2016-cı ildə 4,991, 2015-ci ildə 23,765, 2014-cü ildə isə 57,615 ədəd minik avtomobili idxal edilib.

Xəbər lenti
0