Daha bir ölkə Suriyaya ordu yeridə bilər

© zerohedge.comSəudiyyə əsgərləri
Səudiyyə əsgərləri - Sputnik Azərbaycan
Abunə olmaq
Adil Əl-Cubeyr: "Suriyaya əsgər göndərməyə hazırıq"

BAKI, 18 aprel — Sputnik. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr Suriyaya əsgər göndərə biləcəklərini açıqlayıb. Sputnik Azərbaycan İranın "Tasnim" agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın dövlət televiziyasında açıqlama verən Adil Əl-Cubeyr Suriyaya əsgər göndərməyə hazır olduqlarını deyib.

Qeyd edək ki, "The Wall Street Journal" qəzeti Suriyadan çəkilmək istəyən ABŞ prezidenti Donald Trampın Suriyanın şimal-şərqindəki ABŞ hərbçilərini Misir, Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və Qətər əsgərlərinin əvəz etməsi üçün danışıqlar apardığını yazmışdı.

Yəməndə davam edən müharibədə əsgər çatışmazlığı səbəbindən digər ölkələrdən muzdlu əsgər tutan Səudiyyə Ərəbistanının Suriyaya hansı formada hərbçi göndərəcəyi müzakirə olunur.

Xəbər lenti
0