BAKI, 18 aprel — Sputnik. Ağ Ev Rusiyayaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşmır.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfirliyinə Tramp administrasiyasının Moskva əleyhinə yeni sanksiyalar tətbiq etməyəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Rusiya Xarici İşlər Nazirliyindəki mənbə Rusiya səfirliyinə yaxın günlərdə sanksiyaların tətbiq edilməsinin gözlənilmədiyi ilə bağlı xəbərdarlıq gəldiyini təsdiq edib.
Daha əvvəl KİV məlumat vermişdi ki, Tramp Rusiyaya qarşı tətbiq edilən sanksiyaların dayandırılmasını şəxsən özü əmr edib.
Mənbə bildirib ki, yeni sanksiyaların tətbiq edilməsinə ciddi şəkildə nəzarət edilir. Hələ ki, Tramp bu barədə əmr verməyib.