BAKI, 17 aprel — Sputnik. Keçmiş sevgililərin bir-birindən intiqam alması adi haldır. Ancaq budəfəki intiqam digərlərindən xeyli fərqlənir…
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Harrit adlı qadın da ona xəyanət edən keçmiş sevgilisindən intiqam almaq qərarına gəlib. Amma fərqli formada.
Belə ki, Harritə xəyanət edən sevgilisi onun üçün aldığı konsert biletinin pulunu geri almaq istəyib. Qadın biletin pulunu verməkdən imtina etməyib və ödəyəcəyini bildirib. Amma bunu 17 il müddətinə gündə 1 peni (funt-sterlinqin yüzdə bir dəyərində olan ingilis pul vahidi) ödəyərək borcunu geri qaytaracağını bildirib. Harrit bununla da keçmiş sevgilisini hər gün narahat edəcək, ona xəyanətini xatırladacaq və beləliklə də xəyanətin acığını alacaq.