Parlament Serj Sarqsyanın taleyini həll etdi

© AP Photo / Markus SchreiberСерж Саргсян
Серж Саргсян - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın yeni konstitusiyasına görə, Serj Sarqsyan faktiki dövlət başçısı olacaq

BAKI, 17 aprel — Sputnik. Ermənistanın eks-prezidenti Serj Sarqsyan aprelin 17-də parlamentin xüsusi iclasında baş nazir seçilib.

Sarqsyan Ermənistan Milli Məclisində keçirilən səsvermədə çoxluğun səsini qazanıb. Ona iclasda iştirak edən 94 deputatdan 77-si səs verib. 17 deputat isə Sarqsyanın əleyhinə olub.

Ermənistanın yeni konstitusiyasına görə, Serj Sarqsyan faktiki dövlət başçısı olacaq.

Qeyd edək ki, 2015-ci ilin dekabrında qəbul olunmuş yeni konstitusiya ilə Ermənistan parlamentli respublika üsul-idarəsinə keçib. İcra hakimiyyətinin bütün səlahiyyətləri baş nazirə verilib. 

Полиция заблокировала проход на улицу Мелика Адамяна (17 апреля 2018). Ереван - Sputnik Azərbaycan
Ermənistan parlamentində təhlükəli anlar yaşanır

Prezident isə sadəcə ölkənin nominal lideri olacaq və dövlətin əsas siyasətindən kənarda qalacaq.

Əvvəlkindən fərqli olaraq, hazırkı konstitusiyaya görə, baş nazir məhdudiyyətsiz olaraq bir neçə dəfə seçilə bilər.

Parlament tərəfindən seçilmiş baş naziri prezident təsdiqləyəcək. Bundan sonra baş nazir beş gün ərzində baş nazirin müavinlərinin və nazirlərin namizədliyini irəli sürməlidir.

Prezident onları üç gün müddətində təsdiqləməlidir.

Yeni hökumətin formalaşma müddəti 1-10 may tarixləridir. Ermənistanda parlament idarəetmə üsuluna keçid yeni prezidentin çıxışından sonra başlayacaq.

Xatırladaq ki, eks-prezidentin baş nazir postuna namizədliyi ötən gün parlamentdə hakim Respublika partiyası və onun koalisiya ortağı "Daşnaksütyun" tərəfindən rəsmən irəli sürülüb. İki gündür Yerevanda və ölkənin ayrı-ayrı regionlarında Sarqsyanın baş nazir olmasına qarşı çıxanların "vətəndaş itaətsizliyi" aksiyası davam edir.

Xəbər lenti
0