BAKI, 17 aprel — Sputnik. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin elan edilməsi məsələsinə baxılır.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun iclasını açıq elan edib.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrinə dair yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib. Bu barədə qərar MSK-nın aprelin 15-də keçirilən iclasında qəbul edilib.