BAKI, 17 aprel — Sputnik. Ermənistan polisinə zəng edərək parlamentin binasına bomba qoyulduğunu deyən şəxsin kimliyi müəyyən edilib. Sputnik Ermənistan-ın məlumatına əsasən, bu, 1984-cü ildə Bakıda anadan olmuş K.Q. adlı şəxsdir.
Həmin şəxs bu gün günorta saatlarında polisə zəng edib. Zəng əsasında aparılan tədbirlərdən sonra bomba xəbərinin yalan olduğu üzə çıxıb. Bundan əlavə, zəng edənin şəxsiyyəti də müəyyənləşdirilib.
Həmçinin onun son səkkiz il ərzində Almaniyada yaşadığı deyilir.