BAKI, 16 aprel — Sputnik. Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 60 m2 sahədə məişət tullantıları yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Yanğın zamanı binadan 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.