Sarqsyan: “Rusiya ilə münasibətlərdə heç bir dəyişiklik olmayacaq”

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidErmənistanın eks-prezidenti Serj Sarqsyan, arxiv şəkli
Ermənistanın eks-prezidenti Serj Sarqsyan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın sabiq prezidenti Moskva ilə münasibətlərdən danışdı

BAKI, 16 aprel — Sputnik. Rusiya-Ermənistan müttəfiqlik münasibətləri əsrlərin sınağından keçmiş dostluğa və qardaşlığa əsaslanır.

Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti və baş nazirliyə namizəd Serj Sarqsyan Rusiya mediasına müsahibəsində deyib. O, Ermənistanın parlamentli respublika idarəetmə sisteminə keçməsindən sonra Rusiya ilə münasibətlərin necə qurulacağına aydınlıq gətirib.

"Biz əsrlər boyu birlikdə olmuşuq. Respublika partiyası və onun koalisiya ortağı "Daşnaksütyun"dan ibarət parlament çoxluğu Rusiya ilə olan müttəfiqlik münasibətlərimizi davamlı olaraq inkişaf etdirəcək və gücləndirəcək" – deyə Sarqsyan bildirib.

Ermənistan prezidentliyinə namizəd Armen Sarkisyan və ölkənin hazırkı prezidenti Serj Sarqsyan - Sputnik Azərbaycan
Sarqsyan gedir, Sarkisyan gəlir?

Sabiq dövlət başçısı deyib ki, Moskva ilə əlaqələr Ermənistanın inkişafına müsbət təsir göstərir. Odur ki, Rusiyaya münasibətlər bağlı siyasətdə hər hansı bir dəyişiklik barədə danışmaq yersizdir.

O, Rusiyanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini bərpa etməsinə şərh verərkən deyib: "Rusiya, Avropanın bir hissəsidir, AŞPA isə Avropanın ən müxtəlif guşələrində səsinin eşidilə biləcəyi debatlar, dialoqlar üçün arenadır. Bir ölkəyə aid məsələlər müzakirə edilən zaman orada həmin ölkənin özünün iştirak etməməsi mənim üçün anlaşılmaz və qəbuledilməzdir".

Moskva əleyhinə olan sanksiyalara gəlincə, Sarqsyan deyib ki, bunlar ən həssas tədbirlərdir və onun faydaları şübhə doğurur.

Xəbər lenti
0