Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) yerli sakinlərin daha təhlükəsiz yaşaması üçün on minlərlə kvadrat metr ərazini minalardan təmizləyib. Minaaxtaranlar ötən əsrin 90-cı illərində sovet ordusunun hərbi hissələrinin yerləşdiyi ərazilərdə bu gün belə, təmizləmə işləri aparırlar.
İndi bu ərazilədə dinc sakinlər yaşayırlar və onlar vaxtaşırı partlamamış döyüş sürsatları ilə qarşılaşırlar.
Sputnik Azərbaycan ANAMA-nın minalardan təmizləmə işləri apardığı ərazilərin qeyd olunduğu infoqrafika ilə tanış olmağı təklif edir.