BAKI, 15 aprel — Sputnik. Azərbaycan Milli Məclisinin deputatı Astan Şahverdiyev bu gün Bakıda "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
Sputnik Azərbaycan xəbər verir ki, 1947-ci ildə anadan olan Şahverdiyev bu gün səhər saatlarında Qusar rayonunda qəfil ürək tutmasından dünyasını dəyişib.
Deputat Astan Şahverdiyev əslən Cəbrayıl rayonundandır. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Milli Məclisə deputat seçilib.
O bir müddət əvvəl xaricdə yaşayan azərbaycanlılar barəsində işlətdiyi qeyri-etik ifadələrlə qalmaqala səbəb olmuşdu.