İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 15 aprel – Sputnik. Havaların kəskin soyuması ilə əlaqədar şimal-qərb bölgəsində kəskin temperatur dəyişikliyi baş verib. Belə dünən səhər saatlarından başlayan leysan yağışları bu gün gecə saatlarından sulu qara çevrilib, gündüz saatlarında isə adi qar yağışı ilə başlayıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayonun Laza, Qəmərvan, Bum, Duruca kəndlərində, eləcə də digər dağ kəndlərində güclü qar yağışı müşahidə olunur. İnsanlar belə maraqlı hadisənin son 10 ildə baş vermədiyini və bu il meyvə-tərəvəzin az olacağını qeyd edirlər. Yaşlı nəslin nümayəndələri əgər gecə saatlarında şaxta olarsa çiçəkləmiş meyvə ağaclarının bar gətirməsinin mümkün olmayacağını bildirirlər.
Hazırda havanın tempraturu 3-5 dərəcədir.