Qara dərili model əslində ağ dərili qadın imiş

© Photo : FB / Model.Martina.BIGMartina Blond
Martina Blond - Sputnik Azərbaycan
Abunə olmaq
Şəkillərə görə modelin hazırda 40 yaşı var

BAKI, 15 aprel — Sputnik. 29 yaşlı qaradərili qadın əslində 40 yaşlı ağ dərili qadın imiş. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, əslən Almaniyadan olan 29 yaşlı Martina Blond tonal krem inyeksiyası ilə dərisinin rəngini dəyişib və yaşını azaldıb.

Bild qəzeti modelin uşaqlıq şəkillərini yayımlayıb. Şəkildə Blond 1977-1978–ci ildə doğulmuş yaşıdlarının əhatəsində dayanıb. Şəkillərə görə modelin hazırda 40 yaşı var.

Əvvəllər Martina Blond deyirmiş ki, onun bədəni zamanla afrikalı bədəninə çevrilib. "Mən gözəllik salonuna qoyma saçlarımı çıxarmağa getmişdim. Sonradan fikir verdim ki, öz saçlarım zamanla qaralıb və afrikalıların saç formasına düşüb" — deyə qadın bildirib.

Qadının sözlərinə görə, onun gözləri də zamanla özü tündləşib. "Bu dəyişikliklər davam edir. Əgər belə uğurlu şəkildə davam edərsə, yaxınlıqda mən qaradərili qadına çevriləcəm. Bu gözəl hissdir" — deyə Martina əlavə edib.

Bununla yanaşı model Ginnesin Rekordlar kitabına düşmək ümidi ilə sinəsini də böyüdüb.

Xəbər lenti
0