BAKI, 14 aprel — Sputnik. ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya hücumu ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.
Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, nazir bu müdaxilənin çoxdan edilməli olduğunu söyləyib: "Bu, kimyəvi silahdan istifadə etmiş bir rejimə qarşı əməliyyatdır. Bütün razılaşmalara baxmayaraq, rejim Şərqi Qutada dinc insanları öldürdü. Siyasi prosesə başlamağımız, Suriyanı bu rejimdən xilas etməyimiz lazımdır".
Nazir bildirib ki, burada Suriya xalqına və Suriyaya qarşı müdaxilə olsa, biz buna qarşı çıxarıq. Bu, kimyəvi silah istifadə edən bir rejimə qarşı müdaxilədir.