Səudiyyədə daha bir inqilab: Qadınlar üçün moda həftəsi keçirilir

© REUTERS / Faisal Al NasserSəudiyyə Ərəbistanında moda həftəsi
Səudiyyə Ərəbistanında moda həftəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Dörd gün davam edəcək moda həftəsinə Jan Paul Qaultier və Roberto Cavalli kimi məşhur modelyerlər qatılıb

BAKI, 14 aprel — Sputnik. Səudiyyə Ərəbistanı daha bir ilkə imza atır. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, paytaxt ər-Riyadda ilk dəfə Ərəb Moda Həftəsi keçirilir.

İlk Ərəb Moda Həftəsi çərşənbə axşamı günü ancaq qadınların iştirakı ilə keçirilib. İlk gün içəri kameralar buraxılmayıb. Dörd gün davam edəcək moda həftəsinə Jan Paul Qaultier və Roberto Cavalli kimi məşhur modelyerlər qatılıb.

Niqablı qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanında inqilabı qərar: Qara çarşab yığışdırılır

Moda Həftəsi Səudiyyə Şahzadəsi Noura bin Faysal əl-Suudun ev sahibliyi ilə Ritz-Carlton hotelində keçirilir.  Şahzadə Noura açıqlamasında modanın Səudiyyə Ərəbistanında diqqət mərkəzində olduğunu deyərək qeyd edib ki, onlar moda sənayesini yüksək səviyyəyə qaldırmağa çalışırlar.

Xatırladaq ki, Ərəb Moda Həftəsi əvvəllər Dubayda keçirilirdi. İkinci Ərəb Moda Həftəsinin oktyabrda keçirilməsi planlaşdırılır. Dubayda da may ayında başqa bir Ərəb Moda Həftəsinin keçiriləcəyi planlaşdırılır.

Qeyd edək ki, əhalisinin çoxunun vəhabi təriqətinə inandığı Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Mühəmmdə Bin Səlman "2030 Vision" adlı hədəfləri çərçivəsində qadınların hüquqlarını gücləndirmək üçün addımlar atır. Bu çərçivədə Səudiyyə Ərəbistanında qadınlar iyun ayından avtomobil idarəetmə hüququna da sahib olacaq.

Vəliəhd Şahzadə qadınlar tərəfindən geyinilən uzun çarşabların da məcburi olmayacağını açıqlamışdı.

Xəbər lenti
0