Suriya hərbi əməliyyatı davam edəcəkmi: Buna NATO-nun təcili iclası qərar verəcək

© REUTERS / Yves HermanФлаг НАТО перед штаб-квартирой Альянса в Брюсселе, фото из архива
Флаг НАТО перед штаб-квартирой Альянса в Брюсселе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
NATO Brüsseldəki qərargahında Suriya məsələsini müzakirə edəcək

BAKI, 14 aprel — Sputnik. NATO-nun ABŞ, Böyük Britaniya və Fransanın Əsəd rejiminə qarşı təşkil etdiyi hücumları müzakirə etmək üçün fövqəladə toplantısı keçiriləcək.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bir NATO rəsmisinin "Anadolu" agentliyinə verdiyi açıqlamada bu gün Brüsseldəki NATO qərargahında fövqəladə toplantı keçiriləcəyi, müttəfiqlərin Əsəd rejiminə yönəlik hücumları müzakirə ediləcəyi bildirilib.

Toplantıda Böyük Britaniya, Fransa və ABŞ nümayəndələrinin Suriyaya yönəlik hücumları haqqında digər müttəfiqlərə məlumat verəcəyi qeyd edilib.

NATO-nun baş katibi Yens Stoltenberqin rəhbərliyi altında 29 üzv ölkənin daimi nümayəndələrinin iştirakı ilə toplantı keçiriləcək.

Xəbər lenti
0