Kardaşyan ailəsindən yeni xəbər

© Photo : Instagram / khloekardashianXloi Kardaşyan
Xloi Kardaşyan - Sputnik Azərbaycan
Abunə olmaq
33 yaşlı Xloe pornoulduz kimi ad çıxaran və ailənin əsas “siması” olan Kim Kardaşyanın bacısıdır

BAKI, 14 aprel — Sputnik. ABŞ-da yaşayan və şübhəli reputasiya ilə Amerikanın şou ulduzlarına çevrilən erməni əsilli Kardaşyan ailəsindən yeni xəbər var. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Xloe Kardaşyan qız uşağı dünyaya gətirib.

33 yaşlı Xloe pornoulduz kimi ad çıxaran və ailənin əsas “siması” olan Kim Kardaşyanın bacısıdır. O da eyni yolu tutaraq, şou ulduzuna çevrilib.

Qeyd edək ki, Kardaşyanın sevgilisi 27 yaşlı basketbolçu Tristian Thompson keçən həftə Nyu-Yorkda barlardan birində stiptizçilik edən Lani Blayrla bir yerdə tutulub. Jurnalistlər cütlüyün şəklini çəkə biliblər. Verilən məlumata görə, yeni tanışlıq hoteldə birgə gecələmə ilə başa çatıb.

Xəbər lenti
0