ABŞ Suriyanın bombalanmasının ilkin nəticələrini açıqladı

CC BY-SA 2.0 / Arlington County / The PentagonШтаб-квартира Министерства обороны США, фото из архива
Штаб-квартира Министерства обороны США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Britaniyanın baş naziri Tereza Mey Britaniyanın əməliyyata dəstək verdiyini, güc tətbiqindən başqa bir alternativin olmadığını qeyd edib

BAKI, 14 aprel — Sputnik. ABŞ prezidenti Donald Tramp səhərə yaxın Amerika ordusuna Suriyadakı kimyəvi silah obyektlərini vurması üçün əmr verdiyini açıqlayıb.

Sputnik AzərbaycanBBC”yə istinadla xəbər verir ki, bu açıqlamanın ardından ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyada bir çox hədəfin vurulduğunu bildirib. Açıqlamaların ardından Rusiya isə təcavüzün nəticəsiz qalmayacağını bildirib.

Donald Tramp Ağ Evdə verdiyi açıqlamda hücuma Böyük Britaniya və Fransanın da dəstək verdiyini bildirib. ABŞ prezidenti hücumun məqsədini kimyəvi silahların istehsalı, yayılması və istifadəsinin qarşısını almaqdır deyib. 

Зенитный огонь над Дамаском - Sputnik Azərbaycan
ABŞ-ın Suriyanı bombalamasının görüntüləri - VİDEO

“Reuters” xəbər agentliyinə danışan bir amerikalı səlahiyyətli Suriyadakı bir çox yerin “Tomahavk” raketləri ilə vurulduğunu deyib.

Böyük Britaniyanın baş naziri Tereza Mey də, Britaniyanın əməliyyata dəstək verdiyini, güc tətbiqindən başqa bir alternativin olmadığını qeyd edib. May, əməliyyatın Suriyada bir rejim dəyişikliyi ilə əlaqəsinin olmadığını deyib.

ABŞ müdafiə naziri Ceyms Mattis ilk hücum dalğasının sona çatdığını vurğulayıb.

Xəbər lenti
0