Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sağlamlığına təhlükəyə atıb pul qazananların istəyi baş tutmadı

© Photo : DSX Mətbuat MərkəziAstara rayonu ərazisində DSX Sahil Müha­fizəsi əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş narkotik vasitələr
Astara rayonu ərazisində DSX Sahil Müha­fizəsi əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş narkotik vasitələr - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşın daxili orqanında narkotik vasitələr aşkarlandı

BAKI, 14 aprel — Sputnik. Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Bu barədə Sputnik Azərbaycan DGK Mətbuat Xidmətinə istinadən xəbər verir.

Yoxlama zamanı, zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında narkotik vasitələr — 3 bükümdə ümumi xalis çəkisi 42,479 qram olan heroin, 2 bükümdə ümumi xalis çəkisi 15,566 qram olan qurudulmuş marixuana, 1 bükümdə isə 20 ədəd metadon adlı həb aşkar edilib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir və aşkar olunan 20 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0