Vəzifəli şəxsin oğlu faciəli şəkildə həyatını itirdi

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку
Карета скорой помощи в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Onun başından aldığı xəsarət nəticəsində dünyasını dəyişdiyi ehtimal olunur

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Oğuzda vəzifəli şəxsin oğlu bədbəxt hadisə nəticəsində ölüb. Hadisə rayonun Yaqublu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Bəxtiyar oğlu İsmayılov yüksəklikdən yıxılaraq kəllə-beyin travması alıb. O, dərhal xəstəxanaya aparılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, həkimlər ilkin müayinə zamanı C.İsmayılovun öldüyünü müəyyən ediblər. Onun başından aldığı xəsarət nəticəsində dünyasını dəyişdiyi ehtimal olunur. Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq.

Qeyd edək ki, C.İsmayılov Yaqublu kənd icra nümayəndəsi Bəxtiyar İsmayılovun oğludur.

Xəbər lenti
0