BAKI, 13 aprel — Sputnik. Prezident İlham Əliyev yeni sərəncam imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı Daxili Qoşunların Qərargah rəisinə yeni müavin təyin edib.
Sərəncama əsasən, İnqilab Heydər oğlu Muradov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qərargah rəisinin 1-ci müavini təyin edilib.