BAKI, 13 aprel — Sputnik. Suriya prezidenti Bəşər Əsədin prezident sarayını tərk edərək Rusiyanın hərbi hava bazasına sığındığı iddia edilir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ mediası mümkün hərbi müdaxiləyə görə Əsədin Dəməşqdəki prezident sarayını tərk edərək Rusiyanın Suriyadakı hərbi hava bazasına yerləşdiyini yazır.
İddia olunur ki, hazırda Bəşər Əsəd hərbi bazadakı pəncərəsi olmayan bir sığınacaqdadır və onun yanında rəsmi şəxslərdən kimsə yoxdur.
Amerika mətbuatı yazır ki, ABŞ-ın 7 hərbi təyyarəsinin Aralıq dənizinin şərq sahilləri üzərində, həmçinin Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazası və Tartus hərbi dəniz bazasının yaxınlığında kəşfiyyat uçuşları həyata keçirir.
Xatırladaq ki, iki əvvəl də Bəşər Əsədin İrana qaçdığı iddia edilmiş, ancaq sonradan o, paytaxt Dəməşqdə ortaya çıxmışdı.