SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"İlham Əliyevdən islahatların davamını gözləyirik"

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışındakı çıxışı
İlham Əliyevin Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışındakı çıxışı - Sputnik Azərbaycan
Abunə olmaq
Asim Mollazadə: "Mən özüm dünən 10 seçki məntəqəsində oldum və hər hansı bir qanun pozuntusu ilə rastlaşmadım"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. "Demokratik İslahatlar Partiyası ölkəmizdə keçirilən prezident seçkilərinə dair müşahidələrin nəticələri ilə bağlı açıqlama verib. Prezident seçkiləri müşahidə olunub və bu müşahidə həm məntəqələrdə, həm də dairələrdə aparılıb".

© Photo : APAAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan
Asim Mollazadə

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, o, dünən 10 seçki məntəqəsinə baş çəkib və hər hansı bir qanun pozuntusu ilə rastlaşmayıb: "Bu gün də biz İlham Əliyevi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik etdik. Yeni seçilən prezidentdən ölkədə həyata keçirilən islahatların, inkişafın davamını gözləyirik".

Qeyd edək ki, Demokratik İslahatlar Partiyası (DİP) 11 aprel Azərbaycan Respublikası prezidenti seçkiləri ilə bağlı müşahidələrinin nəticələrini açıqlayıb. DİP-in bu barədə bəyanatında deyilir:

"DİP-dən olan müşahidəçilər ölkə üzrə 125 seçki dairəsini və müvafiq olaraq 1000-dək seçki məntəqəsini əhatə ediblər. Onların verdiyi məlumatlara görə, namizədlərin qeydə alınması prosesində hər hansı qanun pozuntusu müşahidə olunmayıb. Bütün namizədlərə elektron və çap kütləvi informasiya vasitələrinə çıxış imkanları yaradılıb. Siyasi qüvvələrin sərbəst toplaşmaq hüququ məhdudlaşdırılmayıb.

MSK-nın seçkiləri yüksək səviyyədə təşkil etməsi, seçki maarifləndirməsi sahəsində gördüyü işlər, məntəqələrə müşahidə kameralarının yerləşdirilməsi, seçki günü ictimaiyyətin operativ şəkildə nəticələrlə bağlı məlumatlandırılması, KİV-ə, qeyri-hökumət təşkilatlarına, siyasi partiyalara, beynəlxalq təşkilatların nümayəndələrinə seçkiləri müşahidə etmək üçün normal şəraitin yaradılması təqdirəlayiqdir.

Ümumilikdə seçki prosesində, eləcə də səsvermə zamanı hər hansı qanun pozuntuları, seçicilərlə seçki komissiyalarının üzvləri arasında gərginlik müşahidə olunmayıb. 11 aprel seçkiləri şəffaf və demokratik qaydalara uyğun şəraitdə keçib. Seçicilərə öz iradəsini sərbəst şəkildə ifadə etmək üçün lazımi şərait yaradılıb, seçici fəallığı aşkar hiss olunub.

Prezident İlham Əliyev seçki məntəqəsində səs verir - Sputnik Azərbaycan
Rəqibləri İlham Əliyevə telefon açıblar

Təqdirəlayiq haldır ki, ölkəmizin diplomatik nümayəndəliklərinin səfirlik və konsulluqlarda müvafiq seçki komissiyaları yaratması nəticəsində bütün dünyadakı azərbaycanlılar Azərbaycan Respublikasının prezident seçkilərində iştirak etmək imkanı qazanıblar.

DİP-in müşahidəçilərinin qeydləri və əldə edilən yekun protokolların nəticələri MSK İnformasiya Mərkəzinin elan etdiyi nəticələrlə üst-üstə düşür. Bəzi istisnalar olmaqla, müşahidəçilər seçki prosesdə ciddi qüsurlar, qeyri-qanuni hallar müşahidə etməyiblər. Ümumilikdə bu seçkilərdə ölkədə keçirilən əvvəlki seçkilərlə müqayisədə müsbət irəliləyişlər müşahidə olunub".

Xatırladaq ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib. 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201 seçki məntəqəsi hesabat verib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransında bildirib ki, 3 milyon 959 min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb.

Beləliklə, emal olunmuş bülletenlərə əsasən, İlham Əliyev 86 faiz, Zahid Oruc 3,11 faiz, Qüdrət Həsənquliyev 3,04 faiz, Sərdar Cəlaloğlu 3,02 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,39 faiz, Fərəc Quliyev 1,18 faiz və Razi Nurullayev 0, 75 faiz səs toplayıb.

Qeyd edək ki, prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub.

Xəbər lenti
0