BAKI, 12 aprel — Sputnik. Avstraliyalı psixoloqlar bir neçə insan üzərində araşdırma aparıblar.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, sosial şəbəkələrdən, xüsusilə "Fecebook"dan uzaq olan insanlar daha az stress keçirir, daha sağlam həyat tərzi sürürlər.
Eksperimentdə 18-40 yaş arası olan 138 insan iştirak edib. Onlara bir neçə sual verilib və bununla onların sosial şəbəkələrdə aktivlikləri yoxlanılıb. Eyni zamanda onların hissiyyatları və stressə dözümlülük dərəcələri öyrənilib.
Mütəxəssislər həmin şəxslərə 5 gün ərzində "Facebook"a girməyi qadağan ediblər. Digər iştirakçılar isə eyni rejimdə "Facebook"a daxil olmaqda davam ediblər.
Nəticələr isə belə olub. 5 gün "Facebook"dan istifadə etməyənlərdə stress azalıb. Amma "Facebook"dan istifadədə davam edən insanlarda stress eyni olaraq qalıb. Ona görə də mütəxəssislər sosial şəbəkələrdən istifadəni azaltmağı məsləhət görürlər.