BAKI, 12 aprel — Sputnik. Böyük Britaniyanın Nazirlər Kabineti Suriyaya hərbi müdaxiləni müzakirə etmək üçün bu gün toplanır. Günorta saatlarında keçiriləcək iclasda hökumət razılıq verərsə, ABŞ-ın Suriyaya qarşı mümkün hərbi müdaxiləsinə Britaniyanın dəstək verməsinin yolu açılacaq.
Sputnik Azərbaycan "BBC"yə istinadla xəbər verir ki, Böyük Britaniyanın baş naziri Tereza Mey (Theresa May) Suriyadakı kimyəvi silahdan istifadə iddialarına hökumətin verəcəyi cavabı müzakirə etmək üçün çağırış edib.
Britaniyalı nazirlər Suriyaya hərbi cavabın verilib-verilməyəcəyini müzakirə edəcək.
Günorta saatlarında keçiriləcək iclasda hökumətin razılıq verməsi halında, ABŞ-ın Suriyaya qarşı mümkün hərbi müdaxiləsinə Britaniyanın dəstək verməsinin yolu açılacaq.
"BBC"yə danışan mənbələr Tereza Meyin parlamentdən razılıq almadan Suriyada hərbi müdaxiləyə iştirak qərarı almaq üçün hazır olduğunu deyiblər.
Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Fransa və bir neçə Qərb ölkəsi Suriya hökumət qüvvələrinin aprelin 7-də Duma şəhərində kimyəvi silahdan istifadə etdiyini iddia edir. Rəsmi Dəməşq, Rusiya və İran ittihamları rədd edərək, iddiaların əsassız olduğunu deyiblər.