CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təyyarə qəzasında ölən şəxsin meyiti Azərbaycana gətirildi

CC0 / mmisof / AirbusTəyyarə
Təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
Namiq Qəhrəmanovun nəşi ata yurdu olan Yevlax rayonunun Aşağı Qarxunlu kənd qəbiristanlığında dəfn olunub

BAKI, 11 aprel — Sputnik. Bu il fevral ayının 11-də Rusiyada baş verən təyyarə qəzasında ölən azərbaycanlının meyiti Azərbaycana gətirilib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, aprelin 7-də axşam saatlarında qardaşı tərəfindən təyyarə ilə Azərbaycana gətirilən iş adamı Namiq Qəhrəmanovun nəşi ata yurdu olan Yevlax rayonunun Aşağı Qarxunlu kənd qəbiristanlığında dəfn olunub.

N.Qəhrəmanovun qardaşı Mübariz Qəhrəmanovun verdiyi məlumata görə, meyitin gətirilməsi zamanı həm Rusiya tərəfindən, həm də Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən lazımı kömək göstərilib.

Qeyd edək ki, fevralın 11-də saat 14:21 radələrində Moskvanın "Domodedova" hava limanından Orska uçan təyyarə Ramensk rayonunun Stepanovsk kəndi ərazisində qəzaya uğrayıb, qəza nəticəsində 71 nəfər ölüb.

Xəbər lenti
0